• USD 1,8311 0,00% EUR 1,9483 0,00%
    • GBP 2,2482 0,00% RUB 0,0308 0,00%

Bakı-2015 Yunanıstanda keçirilən yarışın rəsmi sponsoru oldu

  • İdman
  • 1 Aprel 2015 18:49
  • 429 Baxış
Bakı-2015 Yunanıstanda keçirilən yarışın rəsmi sponsoru oldu

Bakı 2015 I Avropa Oyunları Yunanıstanın Saloniki şəhərində hər il keçirilən Makedoniyalı İsgəndərə həsr olunan X marafonun rəsmi sponsoru olub.

Publika.az xəbər verir ki, marafon aprelin 5-də baş tutacaq. Yarışda rekord sayda - 19000 idmançı iştirak edəcək.

Qeyd edək ki, bu marafonda hər il bütün dünyadan məşhur atletlər, eləcə də həvəskar idmançılar iştirak edir.

Marafon Makedoniyalı İsgəndərin anadan olduğu Pella şəhərində başlayır və Salonikidə başa çatır. 2010-cu ildə marafon Beynəlxalq Yüngül Atletika Federasiyasının bürünc statusuna layiq görülüb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR