• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

15 ildə 15 məşqçi dəyişən milli, adada “dincələn” məşqçi... - FOTO

  • İdman
  • 2 Aprel 2015 00:47
  • 1 186 Baxış
15 ildə 15 məşqçi dəyişən milli, adada “dincələn” məşqçi... - FOTO

Mətbuat ancaq populyar, üzdə olan futbolçulardan və ya komandalardan yazmağı xoşlayır. Bu həm də tələbatdan irəli gələn məcburiyyətdir. Bütün dünyada belədir. Diqqət çəkmək istəyən ən məşhur portal və ya qəzet-jurnallar ya Messidən, ya Ronaldodan, ya Mourinyodan, ya da “Real”dan, “Barselona”dan, “Çelsi”dən yazmağa üstünlük verir. Amma arada gərək oxucuların “ağzının dadı”nı dəyişəsən.

Publika.az dünyanın 10 ən zəif milli komandasını təqdim edir. Heç olmasa ildə bir dəfə onlar haqda da oxumaq lazımdır. Ən azı tanımaq üçün...

Bilin ki, hansı ölkədə peşəkar futbolçu yoxdur, hansı məşqçi işləmək adıyla hansı adada “dincəlir”, Avropanın ən zəif millisi hansıdır, futbol tarixində ən böyükhesablı məğlubiyyət kimin adındadır, son 15 ildə 15 məşqçi dəyişən milli hansıdır...

Amerika Samoası (FİFA reytinqində yeri – 200)

2001-ci ildə bu milli müasir futbol tarixinə rəsmi oyunlarda ən böyükhesablı məğlubiyyətə düçar olan (Amerika Samoası – Avstraliya 0:31) komanda kimi düşdü. Ancaq sonra ABŞ-dan olan mütəxəssis Tomas Ronqenin sayəsində ilk qələbə sevincini yaşadı.

Andorra (201)

Böyüklərin daimi “rahathulqum” müştəsirisidir. Hazırki vəziyyətə görə Avropanın ən zəif millisidir.

Britaniya Virgin adaları (201)

Əslində heç kimə lazım deyil bu komada haqqında nəsə bilmək. Amma məlumat üçün deyək ki, ada millisinin heyətini ABŞ-lı tələbələr və İngiltərənin lap aşağı divizionlarında “sağlamlıq üçün” oynayan insanlar təşkil edir.

Eritreya (201)

1993-cü ildə Efiopiyadan ayrılmağı bacaran Eritreyanın müstəqilliyini FİFA yalnız 5 ildən sonra tanıdı. 2009-cu ildə beynəlxalq turnirlərin birində 12 futbolçu ölkəyə qayıtmamaq üçün millinin düşərgəsindən qaçmışdı. Bundan sonra yerli futbol federasiyası hətta səfər oyunlarına qadağa qoymaq haqda da ciddi düşünmüşdü...

Somali (204)

Futbol baxımından ən maraqlı ölkələrdən sayılır. Son 15 ildə Somali millisində 15 baş məşqçi işləyib. Hərəsi də 10 oyundan artıq postunda qala bilməyib.

Kayman adaları (205)

Karib hövzəsini təmsil edən daha bir milli. “Ağ-qırmızılar” o qədər zəifdir ki, hətta Karib kubokunun final mərhələsinə belə nadir hallarda düşür.

Cibuti (206)

Afrikanın ən zəiflərindən sayılan Cibuti ilk qələbəsini 2009-cu ildə qazanıb. Ölkədə nümunə göstərmək üçün bir nəfər də peşəkar futbolçu yoxdur.

Kuk adaları (206)

Sakit okean millisini uelsili mütəxəssis Dryu Şerman çalışdırır. Adamın ona paxıllığı tutur. A kişi, Kuk adalarında nə işləmək? Şerman babat dincəlir orda.

Angilya (208)

Karib hövzəsinin ən zəiflərindəndir. DÇ-2018-in seçmə mərhələsinin ilk oyununda Nikaraquaya 0:5 hesabıyla məğlub olub.

Butan (209)

Rəsmi olaraq FİFA-nın reytinqində ən zəif milli olan Butan DÇ-2018-in seçmə mərhələsinə sensasiyayla başladı. Şri-Lankanı məğlub edən asiyalılar dünya mətbuatının da diqqətini çəkə bildi.

Pərviz Hikmət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR