FİFA siyasətçiləri “susdurdu”
Bizi izləyin

İdman

FİFA siyasətçiləri “susdurdu”

Bir qrup amerikalı siyasətçi FİFA-ya məktub yazaraq 2018-ci ildə keçiriləcək dünya çempionatının təşkilatçılıq hüququnun Rusiyadan alınması tələb edib. Senatorlar bildirib ki, dünya çempionatını təşkil etmək Krımı işğal edən Rusiya hakimiyyətinin nüfuzunu artıracaq.

Publika.az xəbər verir ki, FİFA ABŞ senatorlarının məktubuna cavab verib. Qurumun mətbuat katibi Delyu Fişer bununla bağlı açıqlama yayıb:

"Tarix göstərir ki, idman yarışlarının boykot edilməsi belə problemlərin həll olunmasına gətirib çıxarmır. Amma turnirin keçirilməsi xalqlar və hakimiyyətlər arasında böyük dialoqun yaranmasına, kompromis variantın əldə edilməsinə yardımçı ola bilər.

Futbol dünya siyasətində yaranmış bütün problemlərin həllində vasitə ola bilməz. Biz artıq görmüşük ki, dünya çempionatı xeyirxahlığın simvoluna çevrilə bilər. FİFA əmindir ki, Rusiyada da belə olacaq".

Bir müddət əvvəl FİFA prezidenti Jozef Blatter bildirmişdi ki, səsvermənin nəticələrinə yenidən baxılması mümkünsüzdür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm