İdman
Biri getdi, biri gəldi: Millidən qovuldu, yoxsa səhhətində problem yarandı?
Azərbaycan Ağır Atletika Federasiyasında dəyişiklik olub.
Publika.az-ın məlumatına görə, ağır atletika millisinə yeni baş məşqçi gətirilib. Heç cür uğur qazana bilməyən, bütün yarışlardan əliboş qayıdan federasiya macar Tamas Feherlə vidalaşaraq polşalı Miroslav Çorosla anlaşıb.
Yeni baş məşqçi artıq Bakıdadır. O, yığma ilə birgə aprelin 10-da Gürcüstanın paytaxtı Tiflisdə start götürəcək Avropa çempionatına yollanacaq.
Xatırladaq ki, Tamas Feheri milliyə 2014-cü ilin oktyabr ayında gətirilmişdi. (http://publika.az/p/47232/ )
Ağır Atletika Federasiyasının baş katibi Yavər Hacıyev açıqlamasında macar məşqçinin səhhətində yaranan problemə görə Miroslav Çorosu milliyə gətirdiklərini açıqlayıb.
Ancaq Publika.az-ın federasiyaya yaxın mənbədən əldə etdiyi məlumata görə, macar məşqçinin göndərilməsinə səbəb işinin öhdəsindən gələ bilməməsidir. İddiaya görə, millinin uğursuzluğunda günahlandırılan Tamas Fenerin artıq milli ilə əlaqəsi kəsilib.
Hələlik polşalı məşqçi ilə neçə illik müqavilə bağlanacağı bəlli deyil.
Aygün İlqarqızı
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı