"Yaxşı komandaya qarşı oynadıq"
Bizi izləyin

İdman

"Yaxşı komandaya qarşı oynadıq"

"Biz yaxşı komandaya qarşı oynadıq".

Publika.az-ın məlumatına görə, bunu "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın XXVII turunda keçirilən “Qarabağ” - “İnter” oyunundan sonra deyib.

“İnter”in baş məşqçisi Kaxaber Sxadadze oyunun gərgin keçdiyini bildirib: "Bu tip görüşlərdə 1 qol həlledici olur. Əsasən də hər iki komanda müdafiədə diqqətli oynayır. Hesab edirəm ki, komandalar müdafiədə diqqətli olub, rəqibin səhvindən yararlanmağa çalışırdılar. Qol olmasa da, keyfiyyətli oyun alındı. Yarımqol vəziyyətləri yaratdıq. Heç-heçə isə ədalətli nəticədir. Düşünürəm ki, bu oyunu unutmalı və “Xəzər Lənkəran”la vacib qarşılaşmaya hazırlaşmalıyıq”.

Q.Qurbanov isə nəticənin normal olduğunu deyib: "Biz yaxşı komandaya qarşı oynadıq. “İnter”in belə oynaması bizim üçün sürpriz oldu. Çünki mən 5 müdafiəçi ilə oynayacaqlarını gözləyirdim. Ümumi götürsək, matç pis alınmadı. Hər iki komanda intizamlı futbol sərgilədi. Müəyyən boşluqlar vardı ki, bunu normal qarşılamaq lazımdır. “İnter”ə uğurlar arzu edirəm. Bu komandaya qarşı görüşlər mənim üçün həmişə xoş olub”.

Qeyd edək ki, "Qarabağ" - "İnter" oyunu qolsuz heç-heçə ilə nəticələnib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm