Qorxaqlar bağışlandı
Bizi izləyin

İdman

Qorxaqlar bağışlandı

Afrikada geniş yayılmış Ebola virusuna görə bu il təşkil edilmiş Afrika Millətlər Kubokunu qəbul etməkdən imtina edən Mərakeş Futbol Federasiyası Afrika Futbol Konfederasiyası (AFK) tərəfindən cəzalandırılmışdı.

Publika.az xəbər verir ki, "Qara qitə"nin ali futbol qurumu ərəbləri son anda geriyə addım atdıqlarına görə 1 milyon avro cəzalandırmaqla yanaşı, 2017 və 2019-cu illərdə baş tutacaq Millətlər Kubokundan kənarlaşdırmışdı. Mərakeşin turniri təxirə salmaq tələbini rədd edən AFK bu məsuliyyətli işi Ekvatorial Qvineyaya tapşırmışdı.

Ancaq məsələyə baxan Beynəlxalq Futbol Məhkəməsi mərakeşlilərin müəyyən qədər haqlı olduğu ilə razılaşıb və onların cəzasını bir xeyli yüngülləşdirib. Belə ki, Mərakeş həm 2017, həm də 2019-cu ildə təşkil ediləcək Afrika Millətlər Kubokunda iştirak edə biləcək. Federasiyanın 1 milyon avroluq cəriməsi isə 50 min avroya qədər azaldılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm