“Qarabağ” çempion...
Bizi izləyin

İdman

“Qarabağ” çempion...

Azərbaycan Premyer Liqasında 3 dövrə arxada qalıb. 2015-ci ildə baş tutan 9 turun nəticələrinə əsasən “Qarabağ” dövrənin qalibi olub.

Publika.az xəbər verir ki, Ağdam təmsilçisi 8 qarşılaşmada 19 xal əldə edib. Hamıdan çox – 6 qələbə qazanan Qurban Qurbanovun yetirmələri ən az – 3 qol buraxmaqla da hamıdan üstün olub. Lider ən yaxın izləyicisi “İnter” kimi hamıdan az – 1 məğlubiyyətə üzülüb və ən yaxşı top fərqinə (+7) nail olub. Paytaxt təmsilçisi isə hamıdan çox – 12 qol vursa da, heç-heçə sayında (3) öndə olması üzündən az xal toplayıb. “İnter” kimi 15 xal toplayan “Qəbələ” isə heç-heçə etməməsi ilə diqqət çəkib. “Xəzər Lənkəran” da dövrəni “sülh”süz keçirib. “Sumqayıt”la “Bakı” qələbə qazana bilməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm