İdman
Vobay “Neftçi”də 50-yə çatdı
“Neftçi”nin futbolçusu Julius Vobay klubunda 50-ci çempionat oyununu keçirib. Syerra-leoneli yarımmüdafiəçi Premyer Liqanın 27-ci turunun “Bakı” ilə oyununa təsadüf edən yubileyini qolla qeyd edib.
Publika.az xəbər verir ki, komandasının ikinci qolunu vuran Vobay 2:0 hesablı qələbədə pay sahiblərindən olub. Bununla da o, mövsümdəki oyun sayını 19-a, qollarını isə 6-ya çatdırıb. 2012/13 mövsümündə “Ağ-qaralar”la Azərbaycan çempionu olanda 31 matça 8 qol vuran afrikalı Premyer Liqada “Neftçi” formasında 50-ci oyununda 14-cü dəfə fərqlənib.
Lakin Vobay “Neftçi”də vurduğu qol sayında da yubiley qeyd edib. Belə ki, komandanın heyətində avrokuboklar və ölkə kubokunda da qol sevinci yaşamağı bacaran Julius ümumilikdə 77-ci oyununda 20-ci dəfə rəqib qapısına yol tapıb.
Qeyd edək ki, Vobay 20 qoldan 5-ni avrokuboklarda, 1-ni Azərbaycan kubokunda vurub.
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI