Stadionda siqaret əvəzinə marixuana çəkirlər?
Bizi izləyin

İdman

Stadionda siqaret əvəzinə marixuana çəkirlər?

Fransa stadionlarında azarkeşlərin siqaret çəkməsinə qadağa qoyula bilər.

Publika.az xəbər verir ki, bu məsələnin gündəmə gəlməsinə elə azarkeşlərin narahatçılığı səbəb olub. Belə ki, əksər azarkeşlər Fransa stadionlarında siqaret əvəzinə marixuana çəkildiyini iddia edir.

Bu məsələ klub rəhbərlərini təşvişə salıb. Fransa klublarının rəhbərləri yaxın günlərdə yığışaraq, bu məsələni müzakirə edəcəklər. Fransa çempionatının qanunlarına görə, stadionlarda siqaretin çəkilib-çəkilməməsi ilə bağlı qərarı klublar özləri verməlidir.

İndiyə qədər PSJ və “Lill”in stadionlarında siqaret çəkilməsinə qadağa qoyulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm