Bakı 2015: Bilet satışı başladı – Hədiyyələr olacaq - FOTO
Bizi izləyin

İdman

Bakı 2015: Bilet satışı başladı – Hədiyyələr olacaq - FOTO

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) bu gündən başlayaraq, Bakının hər bir yerində quraşdırılacaq bilet satış məntəqələrinin açılmasına və ictimaiyyətə təqdim olunmasına həsr olunmuş tədbir keçrilib.

Publika.az xəbər verir ki, bilet satışı şöbəsinin rəhbəri Miryam Bogataj biletləri aprelin 3-dən etibarən şəhərdəki bilet satışı məntəqələrindən əldə etməyin mümkünlüyünü bildirib:

“Ümumilikdə 12 bilet satışı məntəqəsi yaradılacaq. Onlardan 8-i artıq fəaliyyət göstərir. Əsas bilet satışı məntəqəsi “Park Bulvar” ticarət mərkəzində olacaq. Biletləri Bakıdakı digər böyük mollarda yaradılmış bilet kassalarından da əldə etmək mümkündür. Əlavə olaraq biletlər 5 yerli şirkət vasitəsilə də satışa çıxarılacaq. Bundan başqa, biletlərə onlayn qaydada internet üzərindən də sahib olmaq mümkündür.

Avropa Oyunlarının açılış mərasiminə biletlərin qiyməti 20 manatdan 200 manatadək, bağlanış mərasiminə isə 10 manatdan 100 manatadək təşkil edəcək. Seçmə mərhələdə oyunlara biletlərin qiymətləri 2-3 manat, medalların təltifetmə mərasimlərinin keçiriləcəyi final sessiyalara isə 3-5 manat təşkil edəcək. Sessiya dövründə 2 yaşından 16 yaşınadək uşaqlar üçün isə biletlər pulsuz, açılış və bağlanış mərasimlərində tam qiymətə, Heydər Əliyev adına İdman Arenası və Milli Gimnastika Arenasına isə 1 manat olacaq. Bir şərtlə ki, onların valideynləri yanında olmalıdır. Fiziki qüsurlu şəxslər üçün biletlər sessiya dövründə, eləcə də Heydər Əliyev adına İdman Arenası və Milli Gimnastika Arenasına pulsuz, açılış və bağlanış mərasimlərinə isə tam qiymətə olacaq”.

Tədbirdə bir çox incəsənət xadimləri də iştirak edib. Çıxış edən qonaqlar vətəndaşları ilk dəfə keçiriləcək Avropa Oyunlarının biletlərini almaqda fəal olmağa çağırıblar. "Ulduz elçilər"ndən biri olan Cabir İmanov hər kəsi təmsilçisi olduğu çimərlik voleyboluna baxmağa dəvət edib. Daha sonra “KVN”-çi Bəhram Bağırzadə də tədbirdə çıxış edib:

"Hər kəsi Avropa oyunlarına baxmağa dəvət edirəm. Gəlin qələbə üçün idmançıları dəstəkləyək".

Bundan sonra "ulduz elçiləri"ndən biri, "Avrovision"un qalibi Eldar Qasımov da çıxış edib. O/, gənclər üçün mahnılar oxuyub.

Avropa Oyunlarının simvolu "Nar" və "Ceyran" böyük bileti nümayiş etdirib.

Qeyd edək ki, biletlərini onlayn alan bütün tamaşaçılar onları qabaqcadan əldə etmək imkanı qazanacaqlar. 12 İyundan qabaq biletlərini götürən bütün tamaşaçılar oyunların tərəfdaşları və dəstəkçiləri tərəfindən maraqlı hədiyyələr əldə etmək şansını qazanacaqlar.

Xatırladaq ki, I Avropa Oyunları üçün ilk bileti ölkə Prezidenti İlham Əliyev alıb.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm