Millimiz UEFA reytinqində 5 pillə sıçradı
Bizi izləyin

İdman

Millimiz UEFA reytinqində 5 pillə sıçradı

UEFA Avropanı təmsil edən ölkələrin milli komandalarının reytinq cədvəlini açıqlayıb.

Publika.az xəbər verir ki, sonuncu dəfə 4 ay əvvəl açıqlanan cədvəldə xeyli dəyişikliklər baş verib.

Yalnız seçmə oyunların nəticələrinin əks olunduğu reytinqdə Azərbaycan millisinin də mövqeyi dəyişib. Yığmamız AÇ-2016-nın Malta ilə seçmə oyununda 2:0 hesablı qələbə qazanmaqla yaxşı xal toplayıb.

2014-cü il dekabrın 4-də açıqlanan cədvəldə 14,311 xalı olan komandamız Malta ilə oyuna görə 2,570 xal qazanıb. 4 ay öncə Avropada 47-ci olan millimiz indi 16,881 xalla 42-ci pillədə qərarlaşıb. Yığmamız Kipr, Moldova, Makedoniya, Gürcüstan və Lixtenşteyni keçib.

Qeyd edək ki, Almaniya (39,336), İspaniya (36,803) və İngiltərənin (35,963) yer aldığı ilk “üçlük”də dəyişiklik baş verməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm