Əyalətdə futbola maraq artıb
Bizi izləyin

İdman

Əyalətdə futbola maraq artıb

Azərbaycan Premyer Liqasının 28-ci turunda oyunlara gələn azarkeş sayı məlum olub.

Publika.az xəbər verir ki, turun ən çox maraq doğuran oyunu Zaqatalada baş tutub. Zaqatala şəhər stadionunda keçirilmiş "Simurq" - "Neftçi" matçını (0:1) 2500 azarkeş tribunalardan izləyib.

Turun anti-rekordu isə Şüvələndakı "AZAL Arena"da qeydə alınıb. Adıçəkilən arenada baş tutmuş AZAL - "Qəbələ" oyununda (0:4) cəmi 500 azarkeş qeydə alınıb.

Digər oyunlardan "Bakı" - "Qarabağ" qarşılaşmasını (1:1) 600, "İnter" - "Xəzər Lənkəran" oyununu (2:0) isə 800 tamaşaçı izləyib.

Turun bütün qarşılaşmalarını cəmi 4400 tamaşaçı izləyib ki, bu da hər oyuna 1100 azarkeş deməkdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm