İbrahimoviçə “sui-qəsd”
Bizi izləyin

İdman

İbrahimoviçə “sui-qəsd”

Fransa çempionatının klassik derbisi sayılan “Marsel” və PSJ komandaları arasında qarşılaşma qalmaqalsız ötüşməyib.

Publika.az xəbər verir ki, turnir cədvəlində 2-3-cü yerləri bölüşən komandaların oyunundan əvvəl parislilərin avtobusuna basqın olub.

Paytaxt təmsilçisi “Velodrom” arenasına hərəkət edərkən marselli fanatlar yolda qolf topu ilə avtobusu “atəşə tutub”.

Hadisə arenanın yaxınlığında baş verib. Ancaq hadisə zamanı heç bir futbolçu xəsarət almayıb. Hərçənd toplardan biri xoşbəxtlik nəticəsində Zlatan İbrahimoviçdən yan keçib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm