Aprelin 9-da “böyük oyun” var
Bizi izləyin

İdman

Aprelin 9-da “böyük oyun” var

Azərbaycan Premyer Liqasında 9-cu turun oyunları bir gündə - aprelin 9-da keçiriləcək.

Publika.az xəbər verir ki, turun ən çox diqqət çəkən oyunları "Qəbələ" - "Simurq" və "Xəzər Lənkəran" - "Neftçi" görüşləridir.

"Qəbələ"ylə "Simurq" Avropa Liqasına vəsiqə uğrunda yarışır ki, bu tur Avropanı kimin daha çox haqq etdiyini göstərə bilər.

"Xəzər Lənkəran"la "Neftçi" arasındakı qarşılaşmalar haqda isə uzun-uzadı danışmasaq da olar. Bu komandalardan hansının hansı mövqedə, hansı gücdə olmasından asılı olmayaraq, görüşləri maraqlı və gərgin keçir. Bir sözlə, bu tur "böyük oyun" var.

Azərbaycan Premyer Liqası, 29-cu tur

9 aprel

Sumqayıt - Bakı

Qarabağ - AZAL

Qəbələ -Simurq

Xəzər Lənkəran - Neftçi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm