“Neftçi” və “Qarabağ” ən çox oyun keçirən klublarımızdır
Bizi izləyin

İdman

“Neftçi” və “Qarabağ” ən çox oyun keçirən klublarımızdır

Azərbaycan çempionatlarında ən çox oyun keçirən iki klub - “Neftçi” və “Qarabağ” yubiley matçına çıxıb. 1992-ci ildə start götürən yarışın daimi iştirakçıları 650-ci qarşılaşmada qüvvələrini sınayıblar.

Publika.az xəbər verir ki, hər iki komanda Premyer Liqanın 28-ci turuna qədər 649 görüş keçirdiyi üçün aprelin 5-dəki matçlar yubiley xarakteri daşıyıb. “Neftçi” “Simurq”la, “Qarabağ” isə “Bakı” ilə səfər oyununda 650-yə çatıb.

Paytaxt təmsilçisi 1:0 hesabı ilə qalib gəlib, 387-ci qələbəsini qazanıb. 143 heç-heçəsi olan “Neftçi” 120 dəfə məğlub olub. 1168 qol vuran “ağ-qaralar” 452 top buraxıb.

“Qarabağ” üçün 1:1 hesablı heç-heçə 155-ci bərabərlik olub. 345 qələbəsi olan Ağdam klubu 150 dəfə məğlub olub. 945 qol vuran ağdamlılar 541 top buraxıb.

Qeyd edək ki, ölkə çempionatlarında ən çox oyun keçirən komandalar arasında ilk “beşlik”də “Turan” (584), “Bakı” (510) və “Kəpəz” (482) də yer alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm