Futbolçu məşq zamanı öldü
Bizi izləyin

İdman

Futbolçu məşq zamanı öldü

Gürcüstanın "Betlemi" klubunun kapitanı Arçil Partenadze məşq vaxtı dünyasını dəyişib.

Report-un məlumatına görə, 28 yaşlı hücumçu ürək çatışmazlığından vəfat edib.

Batumidə komandanın məşqi zamanı qəflətən Partenadzenin halı pisləşib və yerə yıxılıb. I liqa təmsilçisinin futbolçusu yerindəcə keçinib.

Qeyd edək ki, 2009-cu ildə Belarusun paytaxtı Minskdə müayinə zamanı xəbərdarlıq edilməsinə baxmayaraq, Arçil Partenadze futbolu atmayıb. Ötən il "Betlemi"nin baş məşqçisi olan hücumçu, komandaya kömək məqsədilə yenidən oynamağa başlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm