Olimpiadada ölümcül zədə alan idmançı üçün ianə toplanır
Bizi izləyin

İdman

Olimpiadada ölümcül zədə alan idmançı üçün ianə toplanır

Olimpiadada ölümcül zədə alan idmançı üçün ianə toplanır

Rusiya Fristayl Federasiyası Soçidə məşqlər zamanı onurğa sümüyündən ağır zədə alan idmançı Mariya Komissarova üçün könüllü ianə yığımına başlayıb.

Publika.az xəbər verir ki, onun müalicəsi uzun müddət davam edəcək və bunun üçün də az vəsait lazım olmayacaq. Mariya Komissarova fevralın 15-də ilk rəsmi məşq zamanı zədə alıb.

Məsələ ilə bağlı federasiyanın rəsmi açıqlamasında deyilir: “Maşanın müalicə üçün Almaniyaya aparılması dövlət strukturları və Rusiya Fristayl Federasiyası tərəfindən həyata keçiriləcək. Lakin müalicə və sağalma mərhələsi uzun zaman çəkə bilər. Buna görə də, az pul lazım olmayacaq.”

Rusiya Fristayl Federasiyasına artıq ölkənin müxtəlif diyarlarından bir sıra xeyirxah və qayğıkeş insanlar pul köçürmək üçün müraciət edir. İanə yığımını Maşanın doğma şəhəri Sankt-Peterburqdan olan “Adalar” xeyriyyə fondu elan edib.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm