Suçiçəyi olan futbolçu: “Qızdırmam var, nə vaxt qayıdacağımı bilmirəm”
Bizi izləyin

İdman

Suçiçəyi olan futbolçu: “Qızdırmam var, nə vaxt qayıdacağımı bilmirəm”

Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində "Simurq"un qonağı olan "Neftçi" əsas futbolçularından birinin xidmətindən məhrum oldu. "Ağ-qaralar"ın hücumçusu Rauf Əliyev "suçiçəyi" deyilən xəstəliyə yoluxduğu üçün təcili şəkildə Zaqataladan Bakıya geri göndərildi.

Bu xəstəlik yoluxucu olduğu üçün Raufun bir müddət komanda yoldaşlarından ayrı qalacağı dəqiqdir. Onun durumu ilə bağlı özündən məlumat aldıq. Rauf Publika.az-a bunları dedi:

“İndi vəziyyətim nisbətən yaxşıdır. Qızdırmam var. Nə vaxt komandaya qayıdacağımı dəqiq bilmirəm, görək necə oluram”.

Rauf Əliyev komandasının hazırki durumu ilə bağlı da bir-iki kəlmə danışdı:

“Düşünürəm ki, komandada hər şey normal gedir. Əsas sonluqdur, çempionat davam edir”.

Xatırladaq ki, “Simurq” -“Neftçi” oyunu qonaqların 0:1 hesablı qələbəsi ilə bitib.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm