• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Leyla Əliyeva Beynəlxalq Dağadırmanma və Alpinizm Federasiyasının nümayəndələri ilə görüşüb - FOTO

  • İdman
  • 6 Aprel 2015 16:32
  • 346 Baxış
Leyla Əliyeva Beynəlxalq Dağadırmanma və Alpinizm Federasiyasının nümayəndələri ilə görüşüb - FOTO

4 aprel 2015-ci il tarixində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Beynəlxalq Dağadırmanma və Alpinizm Federasiyasının (International Climbing and Mountaineering Federation - UIAA) nümayəndələrini qəbul edib.

Birlikdən Publika.az-a verilən məlumata görə, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun da iştirak etdiyi görüşdə qonaqlara IDEA İctimai Birliyinin fəaliyyəti, onun həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verilib və ölkədə ekoloji maarifləndirmənin genişləndirildiyi qeyd olunub.

Həmçinin görüşdə sözügedən Federasiya ilə ekoloji maarifləndirmə və ekoloji incəsənət sahəsində qarşılıqlı əməkdaşlığın həyata keçirilməsi, ölkə daxilində və beynəlxalq səviyyədə birgə layihələrin icrası imkanları istiqamətində ətraflı müzakirələr aparılıb.

Qeyd edək ki, Beynəlxalq Dağadırmanma və Alpinizm Federasiyası 1932-ci ildə təsis olunub. 5 qitədə təmsil olunan Federasiya 50 ölkədən 80-dən çox təşkilatı və 2,5 milyondan çox əhalini bir araya gətirir. Federasiyanın əsas məqsədləri dünyada alpinizmin inkişafı, bu sahədə təhlükəsiz və etik təcrübələrin təbliği və ətraf mühitin mühafizəsinə töhfənin verilməsindən ibarətdir. Federasiya Beynəlxalq Olimpiya Komitəsi tərəfindən dağadırmanma və alpinizm idman növlərini təmsil edən beynəlxalq struktur kimi tanınıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR