“Fənərbaxça” istəyinə çatdı - Türkiyə çempionatı təxirə salındı
Bizi izləyin

İdman

“Fənərbaxça” istəyinə çatdı - Türkiyə çempionatı təxirə salındı

Türkiyə çempionatının son turunda “Rizəspor” – “Fənərbaxça” matçından (1:5) sonra qonaqların atobusuna silahlı hücum edilməsi böyük səs-küyə səbəb oldu.

Publika.az xəbər verir ki, bu məsələylə bağlı yerli futbol federasiyası İstanbulda təcili iclas keçirib. Toplantıda Superliqanın növbəti – 27-ci turunun təxirə salınması qərara alınıb.

Xatırladaq ki, böyük şok yaşayan “Fənərbaxça”lılar ümumiyyətlə cinayətkarlar ortaya çıxana qədər çempionatın ertələnməsini tələb edirdi. Amma onların bu istəyi qismən nəzərə alınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm