Şübhə-AFFA-nın həqiqətən də Berlində futbol məktəbi var?
Bizi izləyin

İdman

Şübhə-AFFA-nın həqiqətən də Berlində futbol məktəbi var?

Şübhə-AFFA-nın həqiqətən də Berlində futbol məktəbi var?

Bir neçə il əvvəl AFFA Berlində yaşayan 3000 nəfərdən artıq azərbaycanlıların övladlarının futbolla məşğul olmasına şərait yaradılması üçün futbol məktəbi açdığını elan etdi.

Lakin sonradan bu layihənin mövcud olması ilə bağlı heç bir məlumat olmadı. Publika.az xəbər verir ki, AFFA-nın mətbuat katibi Mikayıl Nərimanoğlu bu məsələ ilə əlaqədar sportal.az saytına danışıb. AFFA sözçüsü iddia edib ki, məktəb həqiqətən də fəaliyyət göstərir: “Berlindəki futbol məktəbi o vaxtdan fəaliyyət göstərir”.

Lakin Nərimanoğlu Berlindəki məktəbin fəaliyyətinin bu illər ərzində işıqlandırılmamasına heç bir izah verməyib. Təsəvvür edin ki, Berlindəki futbol məktəbində ölkəmizin ən böyük futbol akademiyaları sayılan “Bakı” və “Qəbələ”nin futbol məktəblərindən az qala 10 dəfə çox uşaq futbolla məşğul olur.

AFFA-nın əməkdaşlarının ən əhəmiyyətsiz səfərləri barədə xəbərləri rəsmi saytda yerləşdirən qurum isə bu illər ərzində Berlindəki futbol məktəbi haqqında heç bir məlumat yerləşdirməyib. Axı, belə bir məktəb varsa, deməli, oraya xeyli miqdarda pul xərclənir.

Gördükləri ən xırda işi də böyüdən AFFA-nın Berlindəki uşaq futbol məktəbi barədə susqunluğu şübhə doğurur. AFFA-nın həqiqətən Berlində futbol məktəbi var? Mikayıl Nərimanoğlu “hə” deyir, biz isə…

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm