• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Avropa nəhənglərinin “pələng ovu”

  • İdman
  • 7 Aprel 2015 07:12
  • 528 Baxış
Avropa nəhənglərinin “pələng ovu”

Mövsümün əvvəlində "Monako"dan "Mançester Yunayted"ə icarəyə verilən Radamel Falkao "Qırmızı şeytanlar"ın heyətində özünü doğrulda bilmir.

Publika.az xəbər verir ki, mankunianlar "Knyazlıq klubu"yla yayda icarə müddəti başa çatacaq kolumbiyalı futbolçunun transferi üçün danışıqlar aparmaq niyyətində deyil. Ancaq Falkao Mançester klubundan ayrıldıqdan sonra da İngiltərədə qala bilər.

Belə ki, Premyer Liqanın digər təmsilçisi "Liverpul" da mançesterlilər kimi, 29 yaşlı hücumçunu transfer yox, icarə yoluyla heyətinə cəlb etmək istəyir.

Maraqlıdır ki, futbolçunun xidmətində maraqlı olan İtaliya nəhəngləri - "İnter", "Milan" və "Yuventus" da futbolçunu məhz icarəyə götürmək fikrindədir. Adıçəkilən klublardan heç biri Falkaonun birbaşa transferi üçün gərək olan 36,5 milyon funtu ödəmək istəmir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR