KURYOZ – Zədələndi, əvəzləndi, yenidən meydana çıxdı – VİDEO
Bizi izləyin

İdman

KURYOZ – Zədələndi, əvəzləndi, yenidən meydana çıxdı – VİDEO

Hollandiya çempionatının 29-cu turunda keçirilən “Utrext” – “Ayaks” matçında (1:1) kuryoz hadisə yaşanıb.

Publika.az xəbər verir ki, meydan sahibləri bir neçə saniyə “Ayaks”a qarşı 12 futbolçuyla oynayıb. Eduard Düplan ikinci hissənin ortalarında zədələnib və meydanın kənarına alınıb. Həkimlər onu müayinə edərkən əvəzlənmə baş verib, onun yerinə meydana Tommi Oar çıxıb. Amma yarımmüdafiəçi bunu diqqətdən qaçırıb və yenidən meydana qayıdıb.

Matçın baş hakimi bir neçə saniyədən sonra “Utrext”in meydanda 12 nəfər olduğunu anlayıb və Düplandan meydanı tərk etməsini istəyib. Əvvəlcə heç nə anlamayan futbolçu israrla çıxmaq istəməyib. Vəziyyəti başa düşdükdən sonra gülə-gülə ehtiyat oyunçular skamyasındakı yerini alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm