"Fənərbağça"nın avtobusuna silahlı hücum edən şəxslər tutuldu
Bizi izləyin

İdman

"Fənərbağça"nın avtobusuna silahlı hücum edən şəxslər tutuldu

Ötən həftəsonu "Fənərbağça"nın avtobusuna silahlı hücum edən şəxslər həbs olunub.

Publika.az xəbər verir ki, Türkiyə polisinin apardığı əməliyyat nəticəsində, hadisəni törətməkdə şübhəli bilinən iki nəfər saxlanılıb. Məlumatı Trabzon valisi də təsdiqləyib. Dünən isə Trabzon prokurorluğu daha bir nəfəri həbs etmişdi. Prokurorluğun yaydığı məlumatda bildirilirdi ki, həbs olunan şəxs internetdə "Fənərbağça"nı təhdid edib.

"Rizəspor"la oyundan qayıdan "Fənərbağça"nın avtobusu Trabzonda silahlı hücuma məruz qalmışdı. Hücum nəticəsində avtobusun sürücüsü yaralanmışdı. Türkiyə Futbol Federasiyası buna görə kubok və çempionat oyunlarını təxirə salıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm