İdman
Rəsul Çunayev və Rafiq Hüseynov liderliyini qorudu - REYTİNQ
Dünya Güləş Birliyi (UWW - United World Wrestling) 2015-ci il mart ayında keçirilən yarışların nəticəsinə əsasən, yunan-Roma güləşi üzrə yeni reytinq siyahısını açıqlayıb. Yunan-Roma güləşi üzrə reytinq siyahısına 8 güləşçimizin adı daxil edilib.
Publika.az xəbər verir ki, Rəsul Çunayev (71 kq) və Rafiq Hüseynov (80 kq) ötən ay olduğu kimi birinciliklərini qoruyub. Həsən Əliyev (66 kq), Saman Təhmasibi (85 kq) və Elvin Mürsəliyevin (75 kq) də mövqeyində dəyişiklik baş verməyib. Saman Təhmasibi 2-ci, Həsən və Elvin müvafiq olaraq siyahıda 5-ci yerdədir. Ötən ay keçirilən U-23 Avropa çempionatında bürünc medal qazanan İslam Abbasov (85 kq) 2 pillə irəliləyərək 6-cı sıraya yüksəlib.
59 kq
14. Taleh Məmmədov - Təxti Kuboku turniri 1-ci yer (13)
66 kq
5. Həsən Əliyev - DÇ 5-ci yer (5)
17. Kamran Məmmədov - Paris Qran Pri turniri 2-ci yer (13)
71 kq
1. Rəsul Çunayev - DK 1-ci yer (1)
75 kq
5. Elvin Mürsəliyev - DÇ 3-cü yer (5)
80 kq
1. Rafiq Hüseynov - DK 1-ci yer (1)
85 kq
2. Saman Təhmasibi - DÇ 2-ci yer (2)
6. İslam Abbasov - U-23 AÇ 3-cü yer (8)
Qeyd: İdmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!
-
Hadisə24 Aprel 21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin124 Aprel 21:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial24 Aprel 19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ24 Aprel 19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika24 Aprel 18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ