Dünyanın ən populyar futbolçusu rəqibini dişlədi – VİDEO
Bizi izləyin

İdman

Dünyanın ən populyar futbolçusu rəqibini dişlədi – VİDEO

Luis Suares də yaxşı dəb salıb. Uruqvaylı forvard Braziliyada keçirilən dünya çempionatında İtaliya millisinin üzvü Corco Kyellinini dişləmişdi. Onun ağır cəza almasından sonra kiminsə bu “tryuk”u təkrarlayacağı inandırıcı deyildi. Amma...

Publika.az xəbər verir ki, 2012-ci ildə dünyanın ən populyar futbolçusu sayılan Xuan Aranqo Suaresin hərəkətini təkrarlayıb. Meksikanın “Tixuana” klubunun şərəfini qoruyan venesuelalı rəqib futbolçulardan birinin çiynini dişləyib.

Hadisə Meksika çempionatında “Monterrey”lə oyunun son dəqiqələrində yaşanıb. 3:4 hesabıyla məğlub durumda olan “Tixuana”nın yarımmüdafiəçisi qonaq komandanın oyunçusu Xesus Silvanın yanından keçərkən onun sol çiynini dişləyib. Bu hərəkətinə görə, Aranqonu da ciddi cəza gözləyir. Meksikada insidenti DÇ-2014-dəki Suares qalmaqalıyla müqayisə ediblər.

34 yaşlı Aranqo uzun müddət Avropada çıxış edib, “Malyorka” və Münhenqladbax “Borussiya”sının şərəfini qoruyub. “Solaxay” venesuelalı cərimə zərbələrinin mahir ifaçısı kimi tanınıb. Hətta buna görə, azarkeşlər ona “Aranqol” adı verib.

2012-ci ildə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (BFTSF) Aranqonu dünyanın ən populyar futbolçusu seçib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm