Təbriz Həsənov: “Bu, tam başqa U-17-dir”
Bizi izləyin

İdman

Təbriz Həsənov: “Bu, tam başqa U-17-dir”

Xəbər verdiyimiz kimi, AFFA rəhbərliyi 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məqşçi postuna Təbriz Həsənovu təyin etdi. Yeni təyinatla bağlı Həsənovun fikirlərini öyrəndik.

Publika.az-a açıqlama verən baş məşqçi başqa U-17-ylə çalışacağını dedi:

“Bilirsiz ki, U-16 komandası ilə çalışırdım. Artıq o yaş qrupunda oynayan futbolçular U-17 komandasına çevrilib. Bu aydan yaş qrupları dəyişir. Mən də bu komanda ilə çalışdığıma görə, onlarla davam etməyimi məsləhət gördülər. Bu komandayla 2 ilə yaxşın çalışdığıma görə, futbolçulara bələdəm. Bir sözlə, bu, tam başqa U-17-dir. Mənim çalışdıracağım komanda 1999-cu il təvəllüdlü futbolçulardan ibarətdir, əvvəlkilər isə 1998-ci ildən idilər. Gələn il Avropa çempionatı keçiriləcək. Həmin çempionatda məhz 1999-cu ildən olan uşaqlar iştirak edəcək”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm