Gələcəyə doğru “təmiz səhifə”
Bizi izləyin

İdman

Gələcəyə doğru “təmiz səhifə”

Cəzalardan canını qurtaran Azərbaycan Ağır Atletika Federasiyası, deyəsən, gələcəyə doğru “təmiz səhifə” açmaq fikrindədir.

Publika.az xəbər verir ki, aprelin 10-da Gürcüstanın paytaxtı Tiflisdə start götürəcək ağır atletika üzrə Avropa çempionatı üçün milli komandanın heyəti açıqlanıb. 8 gün davam edəcək yarışa 4 kişi və 2 qadın ağırlıqqaldıranımız yollanacaq.

Kişilərin yarışına Elmar Alıyev (56 kq), Valentin Xristov (62 kq), Əfqan Bayramov və İvan Stoitsov (hər ikisi 77 kq), qadınların mübarizəsinə isə Boyanka Kostova (53 kq) ilə Anastasiya İbrahimli (69 kq) qatılacaq. Onlar yeni baş məşqçi Miroslav Çoros, məşqçilər Nizami Paşayev, Xanlar Nəbiyev və Hafiz Süleymanovun rəhbərliyi altında çıxış edəcəklər.

Hafiz Süleymanovun çalışdırdığı qadınlardan ibarət milliyə ümidlər böyükdür.

Diqqətinizə çatdıraq ki, bir müddətdir məşqlərini bərpa etmiş Xristov da həmin yarışda iştirak edə biləcək. Onun cəzası 09.04.2013 – 09.04.2015 tarixlərini əhatə edirdi. Olimpiya mükafatçımızın 2 illik dopinq cəzası aprelin 9-da başa çatacağına görə yarışda iştirakına heç bir əngəl qalmayacaq.

Qeyd edək ki, Avropa çempionatında 38 ölkədən 268 ağır atletin (112 qadın və 156 kişi) iştirakı gözlənilir.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm