Millimizin üzvü “Real”la oyunda sıradan çıxıb
Bizi izləyin

İdman

Millimizin üzvü “Real”la oyunda sıradan çıxıb

Azərbaycan millisinin və "Qranada"nın yarımmüdafiəçisi Eddi İsrafilov yenidən zədələnib.

Publika.az xəbər verir ki, Eddi İspaniya La Liqasının 30-cu turunda "Selta"yla oyunu buraxa bilər.

Son turda "Real"la səfər oyununda (1:9) "Qranada"nın iki futbolçusu sıradan çıxıb ki, onlardan biri də İsrafilovdur.

Köhnə zədəsini təzələyən yarımmüdafiəçi bu üzdən ötən gün məşq də etməyib.

"Qranada" hazırda 23 xalla 19-cu pillədə qərarlaşıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm