
"Qəbələ"nin azarkeşləri komandanın baş məşqçisi Yuri Syominə dəstəyini nümayiş etdirib.
Publika.az xəbər verir ki, "Qarabağ" və "Xəzər Lənkəran"a məğlubiyyətlərdən sonra tənqid hədəfinə çevirilən rusiyalı mütəxəssis fanatlardan dəstək alıb.
Azarkeşlər AZAL-la oyunda xüsusi pankart açıb. Pankartın üzərinə rus dilində "Biz sənə inanırıq, Yuri Syomin!" sözləri yazılıb.