Atları yəhərləyin – ortada 53 min avro mükafat var
Bizi izləyin

İdman

Atları yəhərləyin – ortada 53 min avro mükafat var

Atçılıq İdmanının Konkur Növü Üzrə CSI2* kateqoriyalı “Bahar Kuboku” adlı Beynəlxalq Turnir keçiriləcək.

Publika.az xəbər verir ki, yarış 9-11 aprel tarixlərində Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə qəsəbəsində yerləşən “Binə Atçılıq Mərkəzi”nin açıq manejində baş tutacaq.

Turnirə Azərbaycan, Gürcüstan, Türkiyə, Ukrayna və İrandan idmançılar dəvət olunub. Yarışlarda ümumilikdə 25 idmançı və 50-yə yaxın atın iştirakı gözlənilir. Turnirə Azərbaycan, Türkiyə, Rusiya, Bolqarıstan və İrandan dəvət olunacaq hakimlər kollegiyası nəzarət edəcək.

Turnirin ümumi mükafat fondu 53.000 avro təşkil edir. Yarışlar hər gün saat 12.00 da başlayacaq. Tamaşaçılar üçün giriş pulsuzdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm