Bütün gecəni porno filmlərə baxan futbolçular uduzmağa məhkumdur
Bizi izləyin

İdman

Bütün gecəni porno filmlərə baxan futbolçular uduzmağa məhkumdur

Afrika Çempionlar Liqasında Əlcəzairin “El Eulma” klubuna 2:1 hesabı ilə məğlub olan Qana təmsilçisi “Kotoko”nun futbolçularının meydanı zirehli maşınlarla tərk etdiyini xəbər vermişdik. Qəzəbli azarkeşlər komandanın oyunundan çox narazı olduğu üçün təhlükəsizlik işçiləri hər hansı qarşıdurmanın qarşısını almaq üçün bu varianta əl atmışdı. İndi məlum olur ki, azarkeşlərin narazılığı haqlı imiş.

Publika.az xəbər verir ki, qanalı futbolçuların Əlcəzair çempionatında 15-ci yerdə gedən komandaya məğlubiyyətinin səbəbi ortaya çıxıb. Araşdırma nəticəsində məlum olub ki, gecə yuxusuz qalan futbolçuların meydanda qaçmağa taqəti qalmayıb. Bu barədə kluba yaxın mənbə açıqlama verib:

“Oyunçular gecə yatmayıb. Bütün gecəni porno filmlərə baxıblar. İnanmırsızsa, futbolçuları tibbi ekspertizadan keçirin və əmin olun. Onlar kifayət qədər yatmadıqları üçün meydana yorğun çıxıblar”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm