“Neftçi” Almaniyadan baş məşqçi gətirir?
Bizi izləyin

İdman

“Neftçi” Almaniyadan baş məşqçi gətirir?

“Neftçi”də artıq Sadıq Sadıqov dönəmi başa çatıb. “Ağ-qaralar”ı indi sədri məşhur yazıçı Çingiz Abdullayevin olduğu Müşahidə Şurası idarə edir.

Ölkənin ən köklü klubunda baş verən struktur dəyişikliyindən sonra komandanın özündə də ciddi dəyişikliklər gözlənilir. Aprelin 13-də Müşahidə Şurasının ilk iclası olacaq. Bu iclasda bir sıra vacib qərarların qəbul olunacağı gözlənilir. Qərarlar daha çox klubda vəzifə tutanların taleyi ilə bağlı olmalıdır. Sırf komandanın özüylə bağlı addımlar isə...

Publika.az komanda.az-a istinadən xəbər verir ki, “Neftçi”yə yaxın mənbədən verilən məlumata görə, mövsüm başa çatandan sonra “Ağ-qaralar”ın “sükanı arxasında” dəyişiklik olacaq. Mənbənin verdiyi xəbərə görə, Arif Əsədov istefaya göndəriləcək, onun əvəzinə xarici məşqçi gətiriləcək.

Mənbə bildirir ki, Çingiz Abdullayev daha çox Almaniyadan məşqçi dəvət etməyin tərəfdarıdır. Onun Müşahidə Şurasının üzvləriylə söhbət zamanı “bu klubda ciddi nizam-intizam yaratmaq lazımdır, bunun üçün də bizim dəmir intizamı ilə seçilən alman mütəxəssisə ehtiyacımız var” dediyi bildirilir.

Abdullayev özü də bir neçə dəfə alman futbolunun azarkeşi olduğunu deyib.

Əldə etdiyimiz məlumata görə, artıq Almaniyada məşqçi axtarışına başlanılıb. Bu işlə birbaşa AFFA-nın vitse-prezidenti Elşad Nəsirovun məşğul olduğu da deyilir. Həmçinin, millimizin sabiq baş məşqçisi Berti Foqtsa da bu barədə məlumat verilib. Foqts şəxsən tanıdığı alman məşqçilərlə bağlı Nəsirovu, o isə “Neftçi” rəhbərliyini məlumatlandıracaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm