İbrahimoviçin şərəfinə yeni axtarış saytı yaradıldı
Bizi izləyin

İdman

İbrahimoviçin şərəfinə yeni axtarış saytı yaradıldı

"SweetPop" marketinq agentliyi PSJ-nin və İsveç millisinin hücumçusu Zlatan İbrahimoviçin şərəfinə zlaaatan.com adlı yeni axtarış saytı yaradıb.

Publika.az xəbər verir ki, bu axtarış sistemi birbaşa “Google” ilə əlaqəli olacaq. Hər nəticədə İbrahimoviç “yad ediləcək”. Məsələn, “Ferrari” yazıb axtarırsansa, İbrahimoviçin “Ferrari”sini tapacaqsan. Kulinariya resepti axtarsan, “İbrahimoviçin hamburgeri”ni tapacaqsan.

“İbrahimoviçin bütün dünyada saysız-hesabsız pərəstişkarları var. Bu üzdən onu seçdik. Ondan bu barədə icazə almamışıq. Ümid edirik ki, dünya şöhrətli forvard bu ideyanı bəyənəcək” deyə agentliyin direktoru Andreas Killander bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm