UEFA Çernoqoriyanı cəzalandırdı
Bizi izləyin

İdman

UEFA Çernoqoriyanı cəzalandırdı

AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində martın 27-də G qrupunun yarımçıq qalan Çernoqoriya – Rusiya oyununun taleyinə aydınlıq gəlib.

Publika.az xəbər verir ki, UEFA-nın İntizam Komitəsi Çernoqoriya millisini Avropa çempionatının seçmə mərhələsində Rusiya komandası ilə matçda 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırıb. “Qaradağlılar” həmçinin iki ev oyununu tamaşaçısız stadionda keçirməli olacaqlar. Cəza bununla da bitmir.

Çernoqoriya Futbol Assosiasiyası 50 min avro cərimələnib. Qitə qurumunun qərarına əsasən, həmin oyunda rusiyalı azarkeşlərin davranışına görə Rusiya Futbol İttifaqı da 25 min avro cərimə ödəyəcək.

Xatırladaq ki, martın 27-də Podqoritsada keçirilmiş Çernoqoriya - Rusiya matçı yerli azarkeşlərin özbaşınalığı üzündən ikinci hissənin ortalarında vaxtından əvvəl dayandırılmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm