"Bavariya" və “Liverpul” əzab çəkdi, PSJ və “Yuve” finala çıxdı
Bizi izləyin

İdman

"Bavariya" və “Liverpul” əzab çəkdi, PSJ və “Yuve” finala çıxdı

Avropanın yaşıl meydanlarında bir sıra kubok oyunları keçirilib. Publika.az xəbər verir ki, Almaniya və İngiltərədə ölkə kubokunun yarımfinalçıları, İtaliyada və Fransada isə finalçılar məlum olub.

“Bavariya” gücəndi

Almaniya kubokunun 1/4 final mərhələsinə yekun vurulub. Maraqlıdır ki, son iki vəsiqənin sahibi penaltilər seriyasında məlum olub. Əsas və əlavə vaxtı qolsuz bərabərliklə başa çatan "Bayer" - "Bavariya" matçında “lotoreya”nı münhenlilər qazanıb - 3:5.

Münhenqladbax "Borussiya"sı isə Almaniyanın 3-cü liqa klubu "Arminya" ilə bacarmayıb. Əsas və əlavə vaxtı 1:1 nəticələnən matçın penaltilər seriyasında 3-cü Bundesliqa təmsilçisi sevinib - 5:4.

Bir gün əvvəl keçirilən oyunlarda "Volfsburq" və "Borussiya" (Dortmund) yarımfinala vəsiqəni təmin etmişdi.

Almaniya kuboku, 1/4 final

8 aprel

Arminya - Borussiya M 1:1, p-5:4

Yunqlas, 26 - Kruse, 32-p.

Bayer L - Bavariya 0:0, p-3:5

* * *

"Yuventus"un rəqibi “Latsio” oldu

İtaliya kubokunda yarımfinal mərhələsinə yekun vurulub. "Napoli" ilə 1:1 bitən ilk oyunun revanşında səfərdə 1:0 qalib gələn "Latsio" finala vəsiqə qazanıb. Romalıların oyundakı yeganə qoluna Senad Luliç imza atıb.

"Latsio" finalda "Yuventus"la qarşılaşacaq. "Qoca sinyora" finala "Fiorentina"nı səfərdə 3:0 hesabıyla məğlub edərək adlayıb.

İtaliya kuboku, yarımfinal, cavab oyunu

8 aprel

Napoli - Latsio 0:1 (ilk oyun 1:1)

Luliç, 79.

Fiorentina – Yuventus 0:3 (2:1)

Matri, 21. Perreyra, 44. Bonuççi, 59.

* * *

"Liverpul" sürünə-sürünə yarımfinalda

İngiltərə kubokunda yarımfinal mərhələsinin bütün iştirakçıları məlum olub. İlk oyunda "Enfild Roud"da qolsuz bərabərə qalan "Blekbern" və "Liverpul" bu dəfə birincilərin meydanında münasibətlərinə aydınlıq gətiriblər. Koutinyonun matçın 70-ci dəqiqəsində vurduğu qol "Qırmızılar"ı yarımfinala daşıyıb. Liverpul təmsilçisinin bu mərhələdəki rəqibi "Aston Villa" olacaq. Yarımfinal mərhələsinin digər cütündə isə "Ridinq" və "Arsenal" üz-üzə gələcək.

İngiltərə kuboku, 1/4 final

8 aprel

Blekbern - Liverpul 0:1

Koutinyo, 70.

* * *

PSJ də finalda

Fransa kubokunda ikinci yarımfinal oyunu keçirilib. PSJ "Sent-Etyen"i sınağa çəkib. Zlatan İbrahimoviçin het-trik etdiyi oyunda parislilər 4:1 hesabıyla qalib gələrək Fransa kubokunun finalına vəsiqə qazanıb.

PSJ-nin kubokun finalındakı rəqibi isə bir gün öncə "Genqam"ı 1:0 hesabıyla məğlub edən "Oser" olub.

PSJ - "Oser" matçı mayın 30-da baş tutacaq.

Fransa kuboku, yarımfinal

PSJ - Sent-Etyen 4:1

İbrahimoviç, 21-p; 81, 92. Lavezzi, 61 - Hamuma, 25.

Oser – Genqam 1:0

Sammaritano, 15.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm