“Gənc Olimpiyaçılar” mərkəzi arenaya toplaşacaq
Bizi izləyin

İdman

“Gənc Olimpiyaçılar” mərkəzi arenaya toplaşacaq

“Gənc Olimpiyaçılar” mərkəzi arenaya toplaşacaq

Fevralın 24-25-də Tofiq Bəhramov adına Respublika stadionunun güləş zalında sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr (2000-2001-ci il təvəllüdlü) arasında “Gənc Olimpiyaçılar” Kuboku yarışları keçiriləcək.

Yarış Azərbaycan Güləş Federasiyasının 1 saylı nümayəndəliyinin tərkibində fəaliyyət göstərən güləş klublarında sərbəst və yunan-Roma güləşi üzrə perspektivli idmançıların aşkarlanması, klub məşqçilərinin işinin qiymətləndirilməsi məqsədi daşıyır.

Publika.Az-ın Güləş federasiyasından aldığı məlumata göə, komanda xarakteri daşıyan yarışlar FİLA-nın mövcud qaydalarına əsasən 10 çəki dərəcəsində keçiriləcək.

Proqrama əsasən, fevralın 24-də sərbəst, fevralın 25-də isə yunan-Roma güləşi yarışları keçiriləcək.

Yarışda ilk üç yeri tutmuş komandalar Azərbaycan Güləş Federasiyası tərəfindən diplom, kubok və hədiyyələrlə mükafatlandırılacaq.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm