İspaniyada növbəti məşqçi istefası
Bizi izləyin

İdman

İspaniyada növbəti məşqçi istefası

Son bir həftədə İspaniya çempionatında ikinci baş məşqçi istefası reallaşıb. “Almeriya”nın ardından “Deportivo”da da baş məşqçi postundan qovulub.

Publika.az xəbər verir ki, “Deportivo” rəhbərliyi Viktor Fernandeslə yolları ayırıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

İspaniya çempionatının son turunda keçirilən “Kordoba” ilə oyundan sonra (1:1) rəhbərlik uğursuzluğu əsas gətirərək, belə addım atmaq qərarına gəlib. “Deportivo” artıq 8 turdur ki, çempionatda qələbə qazana bilmir.

54 yaşlı Fernandes “Deportivo”da 2014-cü ilin yayından çalışırdı. 30 turdan sonra 27 xal toplayan “Deportivo” turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm