Ər və arvadı bıçaqladılar – Şübhəlilər həbs olundu
Bizi izləyin

İdman

Ər və arvadı bıçaqladılar – Şübhəlilər həbs olundu

"İndiana"nın hücumçusu Kris Kouplend və onun həyat yoldaşı Nyu-Yorkda bıçaqlanıblar.

Publika.az xəbər verir ki, basketbolçunu və həyat yoldaşını bıçaqlamaqda şübhəli bilinənlər məlumdu. Onların arasında "Atalanta"nın oyunçuları Pero Antiç və Tabo Sefoloşey də var. İlkin ehtimala görə, Krisi və həyat yoldaşını bu basketbolçuların yanında olan bir şəxs bıçaqlayıb. Hadisə "1Oak Club" gecə klubunda, saat 04:00 radələrində baş verib.

Basketbolçu dirsəyindən və qarın boşluğundan, həyat yoldaşı isə qolundan və sinəsindən bıçaq zərbələri alıb. Xəstəxanaya çatdırılan Kris əməliyyat olunub. Onun vəziyyətinin sabit olduğu deyilir.

Hadisə yerinə gələn polis Pero Antiçi, Tabo Sefoloşeyi və onların yanında olan şəxsi həbs edib. Basketbolçulara xuliqanlıq və polisin işinə mane olmaq ittihamı irəli sürülüb. Onların məhkəməsi iyunun 16-da olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm