Arda Turan: “Küçə futbolu adama çox şey öyrədir”
Bizi izləyin

İdman

Arda Turan: “Küçə futbolu adama çox şey öyrədir”

Madrid "Atletiko"sunun türk ulduzu Arda Turan mətbuata verdiyi açıqlamada maraqlı etiraf edib.

Publika.az xəbər verir ki, Arda futbolda aldığı ilk dərsdən danışıb. O, küçə futbolunun ona çox şey verdiyini etiraf edib:

"Küçədə futbolu ona görə oynayırlar ki, məsələn, peçenye ala biləsən. Qaydalara görə, cibinizdə pul yoxdur. Sizdə olan yalnız istedaddır. Küçədə inkişaf edən istedad. Küçə adama çox şey öyrədir. O cümlədən verdiyin sözə əməl etməyi də.

Küçənin öz qanunları var. Bax, mən belə böyümüşəm. Həmin vaxt futbol oynamaqdan yaxşı heç nə yox idi. Hə, onu da deyim ki, küçə futbolunun öz qaydaları vardı. Məsələn, cinah oyunçusu topun qarşısını əllə kəsirdisə, onda iki penalti təyin olunurdu. Bu, küçə futbolunun yazılmamış "feyr-pley" qaydası idi".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm