Rusiya Olimpiya Komitəsi: "Bakıya ən güclü idmançıları göndərəcəyik"
Bizi izləyin

İdman

Rusiya Olimpiya Komitəsi: "Bakıya ən güclü idmançıları göndərəcəyik"

Rusiya Olimpiya Komitəsi Bakıda keçiriləcək ilk Avropa Oyunlarında iştirak edəcək komandanın ilkin tərkibini təsdiqləyib. Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə komitənin prezidenti Aleksanr Jukov jurnalistlərə açıqlamasında bildirib.

Komitənin prezidenti vurğulayıb ki, Bakıda keçiriləcək Avropa Oyunlarına Rusiyanın ən güclü idmançıları qatılacaq.

Onun sözlərinə görə, təkcə voleybol komandası nisbətən zəif oyunçulardan təşkil oluna bilər: "Həmçinin qılıncoynatma üzrə ən güclülərimiz Bakıya getməyəcək, çünki onların bu il dünya çempionatı keçiriləcək".

A.Jukov ilkin siyahıda 360 Rusiya idmançısının yer aldığını qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm