• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

“Xəzər Lənkəran” “Neftçi”ni büdrətdi, “Qəbələ” rahatlaşdı

  • İdman
  • 10 Aprel 2015 11:06
  • 355 Baxış
“Xəzər Lənkəran” “Neftçi”ni büdrətdi, “Qəbələ” rahatlaşdı

Azərbaycan Premyer Liqasının 29-cu turunun oyunları keçirilib.

Publika.az xəbər verir ki, turun mərkəzi görüşü "Qəbələ" - "Simurq" qarşılaşması sayılırdı. Hər iki komanda Avropa Liqasına vəsiqə uğrunda mübarizə aparırdı. Turnir cədvəlində "Simurq"u qabaqlayan "Qəbələ" qələbə qazanaraq, bütün suallara demək olar ki, aydınlıq gətirdi.

Azərbaycan çempionatının “El Klasikosu” sayılan "böyük oyun"da azarkeşlər dramatik oyunun şahidi oldu. Hazırda çempionatda heç bir iddiası qalmayan "Xəzər Lənkəran" azlıqda qalmasına baxmayaraq, "Neftçi"ni büdrədə bildi. Bununla da "Ağ-yaşıllar" "Ağ-qaralar"a gümüş uğrunda mübarizədə sarsıdıcı zərbə vurdu.

"Qarabağ" AZAL-a qalib gəlməklə, çempionluğa bir addım da yaxınlaşdı.

Azərbaycan Premyer Liqası, 29-cu tur

9 aprel

Xəzər Lənkəran - Neftçi 2:2

Rahid Əmirquliyev, 63. Manuel Skarlatake, 75 - Julius Vobay, 14. Erik Ramos, 25.

Qarabağ - AZAL 2:1

Leroy Corc, 20. Vüqar Nadirov, 50 - Seymur Əsədov, 10.

Sumqayıt - Bakı 0:0

Qəbələ - Simurq 1:0

Ruslan Abışov, 60.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR