Bakı-2015: San-marinolu taekvondoçunun qulağı səsdədir
Bizi izləyin

İdman

Bakı-2015: San-marinolu taekvondoçunun qulağı səsdədir

San-Marinolu taekvondoçu Mişel Çekkaroni Bakı-2015-də yarışa bilmək üçün məşq edir.

Publika.az xəbər verir ki, Peruciada keçirilmiş regionlararası turnirdə M.Çekkaroni 68 kq çəki dərəcəsində qızıl medal əldə edərək Bakı 2015 Avropa Oyunlarında iştirak hüququnu əldə etməyə çox yaxınlaşıb.

Onun Bakı 2015 tərəfindən iştirak üçün razılıq əldə edəcəyi hələlik məlum deyil.

M.Çekkaroni yaxşı formada qalmaq üçün məşq edir. O bu yaxınlarda Serravalle şəhərində Daniele Leardini, Françesko Mayani, Luka Ciotti, Noah Francioni və Elias Lonfernini daxil olmaqla ölkənin taekvondo üzrə ən yaxşı idmançıları ilə mübarizə aparıb.

Onlar 2012-ci il London olimpiadasının qızıl medal sahibi Karlo Molfetta və ikiqat Olimpiya çempionu Mauro Sarmiento daxil olmaqla yüksək səviyyəli italiyalı idmançıların nəzarəti altında məşq ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm