Şumaxerin dəbilqəsi niyə sınıb?
Bizi izləyin

İdman

Şumaxerin dəbilqəsi niyə sınıb?

Ekspertlər keçən ilin dekabr ayında Meribel xizəkçilik kurortunda Mixael Şumaxerin yıxılma detallarını hələ də araşdırırlar

Ekspertlər keçən ilin dekabr ayında Meribel xizəkçilik kurortunda Mixael Şumaxerin yıxılma detallarını hələ də araşdırırlar. Şumaxerin dəbilqəsinin qırılmasının ona quraşdırılmış videokamera nəticəsində baş verməsi ehtimalı da sübutunu tapmayıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, kamera dəbilqənin mərkəzində yerləşdirilib və zərər görməyib. Lakin Şumaxer yıxılarkən zərbədən başının sağ tərəfi zədələnib.

Qeyd olunur ki, video kart və kartdakı materiallar ziyan görməyib. Bu səbəbdən video kartın araşdırılmasına ehtiyac var.

Hazırda Şumaxer süni komada qalır. Məşhur idmançının ailəsi Şumaxerin şəxsi saytında onlara dəstək olan hər kəsə minnətdarlığını bildirib.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm