• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Şəhərsiz komandamız haqda film – sabah təqdimatdır

  • İdman
  • 10 Aprel 2015 15:19
  • 261 Baxış
Şəhərsiz komandamız haqda film – sabah təqdimatdır

Son illərdə Azərbaycan futbolunda əsən "Qarabağ" fırtınasının “fəsad”ları Avropaya da təsir etdi. Bu il bütün dünya Agdam klubunun Avropa Liqasındakı çıxışından danışdı. İndi isə “Qarabağ” haqda film çəkilib.

Publika.az xəbər verir ki, 52 dəqiqəlik film tək futbolu deyil, müharibə mövzusunu da əhatə edəcək. Qafqaz üzrə mütəxəssis, tanınmış jurnalist Tomas Qolts bildirib ki, Qarabağın dünyaya Azərbaycan ərazisi kimi tanıdılması üçün keçirilən tədbirlərdən əlavə futbol klubunun öz uğurlu çıxışı da böyük rol oynayır. T.Qolts filmin təqdimatının Quzanlıda da keçiriləcəyini açıqlayıb: "Sabah təqdim olunacaq filmdə "Qarabağ"ın sonuncu dəfə "İmarət"də olduğu ildən indiyədək keçdiyi yol əks olunub". Vurğulanıb ki, dünyada komandası olmayan minlərlə şəhər var, amma təmsil etdiyi şəhəri olmayan komanda çox azdır. Bu baxımdan, "Qarabağ" barədə çəkilən film xüsusi önəm kəsb edir.

“Qarabağ” futbol klubunun inzibati binasında keçirilən görüşdə vitse-prezident Tahir Gözəl komandanın uğurla çıxış etdiyini və Azərbaycanı dünyaya dostların köməyilə tanıtdırdığını bildirib.

O, 1990-cı illərdən tanıdığı Tomas Qolts və Şakir Eminbəylinin belələrindən olduğunu söyləyərək, onlara hədiyyələr təqdim edib. Daha sonra klub rəsmisi hər iki şəxsə "Qarabağ"ın formasını və xatirə hədiyyəsi təqdim edib. Qolts Ağdamın maşın seriyası olan 02 nömrəli formanı alıb.

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR