“Mətbuatla münasibətim heç vaxt düzəlməyəcək”
Bizi izləyin

İdman

“Mətbuatla münasibətim heç vaxt düzəlməyəcək”

İngiltərə Premyer Liqasında çempionluq mübarizəsi bitmiş hesab olunur. Ən yaxın izləyicisini 7 xal qabaqlayan lider "Çelsi" çempion olarsa, baş məşqçi Joze Mourinyo 15 il ərzində 22-ci kubokunu qazanacaq.

Publika.az xəbər verir ki, klubun Kobhem təsislərində keçirilən mətbuat konfransında Mourinyo hər kəsi təəccübləndirən açıqlamalar verib:

“Mənim böyük problemim var. Məşqçiliyə başladığım gündən bəri hər gün işimi daha yaxşı görürəm. Gördüyüm hər işdə müxtəlif mərhələlər keçirəm: oyunu oxumaq, komandanı matça hazırlamaq, məşq metodum. Bütün bu mövzularda hər gün daha yaxşı oluram. Dəyişdirə bilməyəcəyim tək şey mətbuatla münasibətdir. Mətbuatla münasibətim heç vaxt düzəlməyəcək”.

Qeyd edək ki, Mourinyo adaya ilk dəfə ayaq basdığı 2004-cü ildə ona "Special one" (Xüsusi biri) deyilməsini istəmişdi. "Porto"da çox uğurlu olmuş, "Çelsi"də Abramoviç ilə anlaşa bilməmiş, "Inter" və "Real" da da uğurlar qazanmışdı. "Çelsi"nin bu mövsüm çempion olması üçün 15 xala ehtiyacı var. Qeyri-adi bir hadisə baş verməsə, Mourinyo üçüncü Premyer Liqa çempionluğuna çox yaxındır.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm