Yeni xəstəlik yayılıb – klub avtobuslarına hücum
Bizi izləyin

İdman

Yeni xəstəlik yayılıb – klub avtobuslarına hücum

Son zamanlar futbolçuları daşıyan avtobuslara hücumlar dəb halını alıb. “Fənərbaxça”nın başına gələnlərdən xəbəriniz var. Sonra “Beşiktaş”ın avtobusu daş-qalaq edildi. İndi də...

Publika.az xəbər verir ki, bu dəfə “Bavariya”nın avtobusuna azarkeş hücum çəkib. Hadisə Almaniya kubokunun 1/4 final mərhələsində “Bayer”lə oyun üçün Leverkuzenə gələn "Bavariya" futbolçularının qaldığı otelin həyətində baş verib. Gizli şəkildə həyətə girən leverkuzenli azarkeş klubun avtobusuna sprey boya ilə "şərəfsiz uşaqları" sözlərini yazıblar.

Bəlkə də, bu hadisənin psixoloji təsirindən irəli gəlib ki, “Bavariya” “Bayer” səddini çətinliklə keçib. Matçın əsas hissəsi 0:0 bitib və penalti seriyasında daha dəqiq olan Pep Qvardiolanın yetirmələri (5:3) yarımfinala yüksəlib.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm