Əfsanələr Ebolaya qarşı birləşdi
Bizi izləyin

İdman

Əfsanələr Ebolaya qarşı birləşdi

Dünya futbolunun əfsanələri - Zinəddin Zidanla Ronaldo xeyriyyə matçı təşkil edəcəklər.

Publika.az xəbər verir ki, “yoxsulluğa qarşı oyun” şüarı altında baş tutacaq qarşılaşma aprelin 20-də keçiriləcək. Oyun Fransanın “Sent Etyen” komandasına məxsus “Jeffrua Qişar” stadionunda olacaq.

Xeyriyyə oyununda dünyanın bir sıra tanınmış ulduzları iştirak edəcək. “Real”ın əfsanələrinin təklifini Didye Droqba, Fabyen Bartez, Erik Abidal, Kafu, Klarens Zeedorf, Edvin van der Sar müsbət dəyərləndirib.

Ulduzlardan ibarət komanda “Sent Etyen”in keçmiş və indiki futbolçularından qurulmuş komandaya qarşı oynayacaq.

Xeyriyyə matçından əldə olunun gəlirin üçdə ikisi Ebola virusu ilə mübarizə üçün ayrılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm