Milli komanda naminə 15 min km məsafə qət etdi
Bizi izləyin

İdman

Milli komanda naminə 15 min km məsafə qət etdi

Şotlandiyanın “Partik Tisl” klubunun futbolçusu Layl Teylor millidə oynamaq üçün inanılmaz əzaba qatlaşıb.

Publika.az xəbər verir ki, Montserrat yığmasının şərəfini qoruyan Teylor millinin oyununa getmək üçün 15 min km məsafə qət edib. O, bu yolu qət edənə qədər 12 təyyarə dəyişib. Teylor başına gələnləri belə nəql edib:

“Düz 11 gün ərzində 12 təyyarəylə uçdum. İki dəfə qayıqdan istifadə etdim. Mənim üçün belə macəra problem deyil. Axı ölkəmin şərəfini qorumaq şansı qazanmışdım”.

Montserrat DÇ-2018-in seçmə mərhələsində Kuraçaoya məğlub olaraq (1:2) mübarizəni dayandırıb. Montserratın qolunu isə Layl Teylor vurub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm