Ərdoğan “Fənərbaxça”ya görə kimlə görüş keçirəcək?
Bizi izləyin

İdman

Ərdoğan “Fənərbaxça”ya görə kimlə görüş keçirəcək?

"Fənərbaхça" klububnun avtobusuna silahlı hücum olması barədə xəbər vermişdik. Bu hadisədən sonra Türkiyə futbolunda yaranan gərginlik hələ də davam edir.

Publika.az хəbər verir ki, Super Liqa matçlarının bu həftə təхirə salınmasından sonra ölkə rəhbəri də məsələyə qarışıb.

Belə ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan TFF-nin rəhbəri Yıldırım Demirören, Klublar Birliyi Fondunun prezidenti Göksel Gümüşdağ və Super Liqa klublarının kapitanlarından ibarət heyəti qəbul edəcək.

Görüş sabah İstanbuldakı Ulduz sarayında baş tutacaq. Toplantıda TFF-nin vitse-prezidenti Servet Yardımcı və milli komandanın baş məşqçisi Fatih Terimin də iştirak edəcəyi iddia olunur.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm